525.Az
Orhan Pamuk yeni romanı haqqında danışır - Video
Məlum olduğu kimi, "Nobel"li türk yazıçısı Orhan Pamukun yeni əsəri çap olunub.
"Qırmızı saçlı qadın" adlı əsər artıq geridə qalan bir yaşantının, xatirələrin bütün həyata göstərdiyi təsirdən bəhs edir.
Bukinistlərin fikrincə, Pamuk son romanı ilə xeyli iddialıdır. Çünki romana fəlsəfi prizma da qatılıb. Yazıçının həyata baxışı ön plandadır.
Əsərin qəhrəmanı təxminən 30 il əvvəl, hələ tələbə olarkən yaşadığı bir eşqi yenidən xatırlayır. Bu sevginin onun həyatında buraxdığı izi anladır.
Cavid QƏDİR
04.02.2016
çap et