525.Az

Kasilyas Amerikadan təklif aldı


 

Kasilyas Amerikadan təklif aldı<b style="color:red"></b>

Mövsümün sonunda "Portu"dan ayrılacaq İker Kasilyas Amerikadan təklif alıb.

Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiper "Nyu-York Siti"nin maraq dairəsinə düşüb.

Heyətində Andrea Pirlo, David Vilya və Frank Lempard kimi ulduz futbolçuları cəmləşdirən ABŞ təmsilçisi Kasilyası da transfer etmək istəyir. "Portu"da işləri yolunda getməyən Kasilyasında da "Nyu-York Siti"nin təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, "Nyu-York Siti"ni yeni mövsümdən Fransa millisinin və "Arsenal"ın sabiq futbolçusu Patrik Vieyranın çalışdıracağı gözlənilir.  

 





05.02.2016    çap et  çap et