525.Az

Əbülfəs Qarayev Dünya Turizm Forumunda


 

Əbülfəs Qarayev Dünya Turizm Forumunda <b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul keçirilən Dünya Turizm Forumunda iştirak edib.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı, TURSAB-ın prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin tanınan nümayəndələri iştirak edib. 
 
Tədbirdə çıxış edən Ə. Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.

Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını bildirib.
 
O, turizmin əsas amillərindən olan elektron viza tətbiqindən, yeni otellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edib.
 
Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünalla görüşən Ə. Qarayev hər iki ölkə arasındakı mövcud mədəniyyət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıb.
 





05.02.2016    çap et  çap et