525.Az

AMEA-nın iki institutu niyə birləşdirildi?


 

AMEA-nın iki institutu niyə birləşdirildi?<b style="color:red"></b> “AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi məqsədə uyğun addımdır”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.
 
O qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun funksiyaları eyni olub:

“Həm də Eroziya və Suvarma İnstitutu kiçik bir elmi-tədqiqat qurumu idi. Eyni zamanda, bu iki institutun funksiyaları üst-üstə düşürdü”.
 
Qeyd edək ki, AMEA Rəyasət Heyəti bu iki institutun birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.
 





05.02.2016    çap et  çap et