525.Az

"Atəşkəsin pozulması hallarının araşdırılması mexanizmi yaradılmalıdır”


 

"Atəşkəsin pozulması hallarının araşdırılması mexanizmi yaradılmalıdır”<b style="color:red"></b> “Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalar narahatlıq üçün əsas verir”.

APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun himayəsi altında gedən danışıqların intensivləşdirilməsini təbliğ edir: “Bunun üçün vacib addımlardan biri atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasıdır”.
 
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” kimi təqdim olunmasını qəbul etmədiyini əlavə edib. Onun sözlərinə görə, münaqişə hər il davam edir, ondan insanlar əziyyət çəkir və regiondakı durğunluğun səbəbkarıdır.
 





05.02.2016    çap et  çap et