525.Az

"Apple"dən təəccübləndirən addım


 

"Apple"dən təəccübləndirən addım<b style="color:red"></b>

"Apple" ağıllı telefonlardan sonra hər kəsi təəccübləndirən yeni addım atıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şirkət sensor quraşdırılmış ağıllı ayaqqabı istehsalının patentini almaq üçün müraciət edib.

"Mashable" saytının xəbərinə görə, "Apple"nin patentini almaq istədiyi ayaqqabılar kənardan bəlli olmayan və istifadəçisini narahat etməyən hərəkətə həssas sensorlara sahib olacaq. İstifadəçilər bu ayaqqabı sayəsində nə qədər hərəkət etdiklərini və ayaqqabılarının nə qədər ömrü qaldığını biləcək.

 





28.01.2013    çap et  çap et