525.Az

Ədəbiyyatın və əbədiyyətin şəhidi – Sözün Mehdi Bəyazidi


 

Ədəbiyyatın və əbədiyyətin şəhidi – <b style="color:red">Sözün Mehdi Bəyazidi</b>

O, bu dünyada ən böyük istəyinə nail olmuşdu – Allahı sevindirə bilmişdi.

O, tək o dünyanın yox, həm də bu dünyanın da böyük yazıçısı ola bilərdi. Ancaq bu dünya onu istəmədi.

O, ruhdan düşmədi, istedadlı adamlara qarşı qəddar olmayan başqa bir dünyanı sevməyə getdi.

Əslində o, dünyasını dəyişmədi, dünya onu dəyişdi, dünya üçün hava, sutək gərəkli, elə bu dünya boyda da sevgiylə dəyişdi onu...

Ancaq deyəsən, bu dəyişmədən kimsənin xəbəri olmadı. Təkcə Allah dünya sevgisi birdən-birə artdığı üçün sevinirdi. Beləcə Mehdi nəhayət ən böyük istəyinə nail olmuşdu – Allahı sevindirə bilmişdi, Allahı sevindirə bilmişdi.

Bir gecə qəmli bir ulduzun başqa bir ulduza “Mehdi Bəyazidə görə, deyəsən, Allah əzab çəkir” – dediyini duyduğum anda o göyüzünə “Allah bizim bütün əzablarımıza görə bizdən daha çox əzab çəkir”, - dedim. Göyüzü qəmli-qəmli baxdı üzümə, gülümsədi.

İlahi, bütün sözlərin hamısı çocuqdu, icazə ver göyüzünün ən qanadlı düzündə diz çöküb sənin göndərdiyin bütün cocuq sözlərin alnından öpüm, bir cocuq Sözə də - Mehdiyə də “Əlvida” – deyim. Əslində əlimiz çatmır, ancaq ruhumuz çatır, “Ruhvida” – deyirəm. Bir cocuq ruhvida.

Ruhvida, sözə sevgisi sevgilərdən, ölümü ölümlərdən igid Mehdi Bəyazid.

Böyük Göyüzü, daha əzab çəkmə, Mehdi özü getdi, ondan dünya boyda sevgi yadigar qaldı sənə. Xəritədə iki yerə, beyinlərdə min yerə bölünmüş, zaman-zaman ən yaxşı oğullarını, qızlarını məhv edən əzizdən əziz, doğmadan doğma Azərbaycanımızı da bağışla.

 





05.02.2016    çap et  çap et