525.Az

“Konfransda Dağlıq Qarabağ münaqişəsinə diqqət ayrılması mühüm hadisədir”


 

“Konfransda Dağlıq Qarabağ münaqişəsinə diqqət ayrılması mühüm hadisədir”<b style="color:red"></b> “Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, fevralın 4-də Londonda öz işinə başlayan “Suriyaya və regiona dəstək” konfransında da Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Dövlət başçısı bu toplantıda Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qarşılaşdığımız ədalətsizliklərdən danışıb”.
 

Bu sözləri hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

R.Məmmədli bildirib ki, Azərbaycanın bu formatda keçirilən beynəlxalq konfransa dəvət alması müsbət haldır və təqdir olunmalıdır:

“Əlbəttə inanıram ki, həmin konfransda iştirak edən dünyanın böyük dövlətlərinin başçıları da Dağlıq Qarabağ münaqişəsinin həllinə laqeyid qalmayacaqlar. Bu mənada, yüksək səviyyəli toplantıda Dağlıq Qarabağ münaqişəsinə diqqət ayrılması mühüm hadisədir”.

Ceyhun ABASOV
 





05.02.2016    çap et  çap et