525.Az

Turizm və Menecment Universitetinin 10 illiyi qeyd ediləcək


 

Turizm və Menecment Universitetinin 10 illiyi qeyd ediləcək<b style="color:red"></b>

Fevralın 12-də saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetinin II korpusunda universitetin 10 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək.

Azərbaycan Respublikası Təhsil və Mədəniyyət və Turizm nazirliklərinin səlahiyyətli nümayəndələrinin də iştirak edəcəyi mərasimdə ali təhsil müəssisəsinin inkişaf yolu və perspektivləri barədə geniş məlumat veriləcək, əmək fəaliyyətində fərqlənmiş əməkdaşlar müxtəlif adlar və fəxri fərmanlarla təltif ediləcəklər.

Cavid QƏDİR

 





08.02.2016    çap et  çap et