525.Az

FHN-dən yanğınla bağlı məlumat


 

FHN-dən yanğınla bağlı məlumat<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb.
 
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda tikilməkdə olan metro stansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 





09.02.2016    çap et  çap et