525.Az

Qızıl 100 manat


 

Qızıl 100 manat<b style="color:red"></b>

Sosial şəbəkələrdə Azərbaycanın milli valyutası sayılan qızıl yüzlüyün fotosu yayılıb.
 
525.az publika.az-a istinadən bildirir ki, metaldan hazırlanmış pulun 2013-cü ildə tədavülə buraxıldığı qeyd edilib.

Sarı rəngli yüz manat onu görənlərin təəccüb və marağına səbəb olub. Çoxları bu pulu ilk dəfə gördüklərini vurğulayıblar. Bəziləri isə qızıl yüzlüyün ancaq banklar arasında tədavüldə olduğunu bildiriblər.

Qeyd edək ki, bir qədər əvvəl metaldan hazırlanmış 50 manatın da fotosu yayılmışdı.

 





09.02.2016    çap et  çap et