525.Az

Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradıldı


 

Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradıldı<b style="color:red"></b>

Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb.

APA-nın məlumatına görə, bunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin Milli Məclisin Regional məsələlər komitəsində müzakirəsi zamanı komitənin sədri Arif Rəhimzadə bildirib.

İşçi qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa millət vəkili Rüstəm Xəlilov rəhbərlik edəcək.
 
Qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq. Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə əlaqədar təkliflərlə çıxış edəcək.

 





09.02.2016    çap et  çap et