525.Az

Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu


 

Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu<b style="color:red"></b>

"Kiira Motors"a məxsus “Kayoola” elektrik avtobusu Uqandanın paytaxtı Kampalada nümayiş etdirilib.

AZƏRTAC pronedra.ru saytına istinadla xəbər verir ki, günəş panelləri avtobusun damında yerləşir. Tam doldurulmuş batareyalar avtobusa 80 kilometr məsafə qət etməyə imkan verir. 35 yerlik avtobus, əsasən, şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulub.

İstehsalçı ölkəyə avtomobil, maşınqayırma və emal sənayesi sahəsində regionun lideri olmağa kömək etmək niyyətindədir. O, güman edir ki, 2018-ci ilədək 7 mindən çox insan “Kayoola” avtobusunun istehsalı ilə məşğul ola bilər və bu da işsizliyin azalacağına şərait yaradacaq.

2039-cu ilədək şirkət nəqliyyat vasitəsinin bütün hissələrini özü istehsal edəcəyini və avtobusun Uqandada yığılacağını planlaşdırır. Hələlik şirkətə dövlət yardım edir. Əgər kütləvi istehsal olunarsa, avtobusun hər biri 58 min dollara başa gələcək.

 





09.02.2016    çap et  çap et