525.Az

Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlik loqosu təqdim edildi


 

Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlik loqosu təqdim edildi<b style="color:red"></b>

Paris şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlik loqosu ictimaiyyətə təqdim olunub. Loqonun üzərində Parisin rəmzi sayılan Eyfel qülləsi təsvir olunub.

Namizədlik komitəsinin həmsədrləri Bernard Lapasset və kanoe üzrə üçqat Olimpiya çempionu Toni Estanguet fevralın 17-də Fransa paytaxtının namizədlik layihəsini Beynəlxalq Olimpiya Komitəsinə təqdim edəcək. Oyunların təşkili üçün müəyyən edilən büdcənin 60 milyon avro olduğu bildirilib.

Budapeşt, Los-Anceles və Roma da 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyinə iddia edən şəhərlərdir. Oyunlara ev sahibliyinə seçim mərasimi gələn il sentyabrın 13-də Lima şəhərində keçiriləcək.

Artıq Roma şəhəri də yaşıl, ağ və qırmızı rənglərlə bəzədilmiş və üzərində Kolizeyin əks olunduğu loqosunu təqdim edib.

AzərTAc

 





10.02.2016    çap et  çap et