525.Az

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu nazirləri Tbilisidə toplaşacaqlar


 

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu nazirləri Tbilisidə toplaşacaqlar<b style="color:red"></b>

Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu nazirlərinin növbəti toplantısı keçiriləcək.

Bu barədə "Report"a açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili məlumat verib.

Nazir deyib ki, görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, eləcə də bu layihənin statusu müzakirə olunacaq. Yolun tikintisinin tezliklə başa çatdırılması ilə bağlı lazımi qərarlar qəbul ediləcək.

Görüşdə, həmçinin üç ölkə arasında dəmir yolu daşınmaları, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.

 





10.02.2016    çap et  çap et