525.Az

SOCAR Şimali Afrikada fəaliyyətini genişləndirir


 

SOCAR Şimali Afrikada fəaliyyətini genişləndirir<b style="color:red"></b> SOCAR sıxılmış təbii qazla (LNG) treydinqi inkişaf etdirmək niyyətindədir.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
 
SOCAR prezidenti bildirib ki, onun rəhbərlik etdiyi şirkət Maltada LNG-terminalın tikintisinə investisiya yatırır.
 
Öz növbəsində SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkət Maltada elektrik enerjisi stansiyasının tikintisini maliyyələşdirir.
 
"LNG bazardan alınacaq. Üstəlik, biz LNG ilə işləmək perspektivimizi Şimali Afrika ölkələrin olan Burkina-Faso, Toqoda inkişaf etdiririk", - deyə E. Nəsirov əlavə edib.
 





10.02.2016    çap et  çap et