525.Az

SAP-ın MDB ölkələri üzrə yeni icraçı direktoru təyin olunub


 

SAP-ın MDB ölkələri üzrə yeni icraçı direktoru təyin olunub<b style="color:red"></b> Dünyanın aparıcı İT təsisatlarından olan SAP şirkətinin MDB ölkələri üzrə yeni top meneceri təyin olunub.
 
“APA-Economics” xəbər verir ki, Yevgeniy Matveyev SAP-ın MDB-nin 5 ölkəsi - Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzrə icraçı direktoru təyin olunub.
 
“Regionda SAP-ın strateji prioritetlərinə dövlət qurumları ilə münasibətlərin möhkəmləndirilməsi, regionun hər ölkəsində sənaye təcrübəsinin biznesin idarə olunmasına uyğunlaşdırılması, innovasiyanın inkişafına dəstək və yerli İT kadrların hazırlanması aiddir”, - deyə Y. Matveyev bildirib.
 
Qeyd edək ki, SAP korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin qərargahı Valdiorfda (Almaniya) yerləşir və dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur.

Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil texnologiyalar, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir.
 





11.02.2016    çap et  çap et