525.Az

Təklif: "Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azalmalıdır"


 

Təklif: "Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azalmalıdır"<b style="color:red"></b>

“Növbəti seçkilərə qədər bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. İlk növbədə bələdiyyələrin sayı azalmalıdır”.

Bunu parlamentin bugünkü iclasında Milli Məclisin (MM) komitə sədri Siyavuş Novruzov “Bələdiyyələrin əraziləri və topraqları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

O, bildirib ki, bələdiyyə üzvlərinin sayı kəskin şəkildə azaldılmalıdır:

“Bu qədər bələdiyyə və bələdiyyə üzvünə Azərbaycanda nə ehtiyac var?  Məsələn, Bakının Yasamal  rayonunu götürək. 3 millət vəkili var, amma 19 dənə bələdiyyə üzvü var. Bu nəyə lazımdır? Bəzi yerlərdə isə bələdiyyəyə üzv seçməyə adam tapmırlar”.

KAMİL

 





12.02.2016    çap et  çap et