525.Az

“Möcüzəli Ünsiyyət” Festivalı başa çatdı - Fotolar


 

RAUF ƏLİYEV: “LAYİHƏNİN ƏSAS MƏQSƏDİ GƏNCLƏRİ MÜTALİYƏYƏ TƏŞVİQ EDƏRƏK, BƏDİİ VƏ ELMİ ƏDƏBİYYATA MARAQLARINI ARTIRMAQDIR”

“Möcüzəli Ünsiyyət” Festivalı başa çatdı - <b style="color:red">Fotolar</b>

Prezident yanında Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati, “Kitabevim.az” elektron mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Möcüzəli Ünsiyyət” Festivalı başa çatıb.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, tədbir 2015-ci ilin gənclər paytaxtı olan İsmayıllı rayonunda həyata keçirilib.

Festival “Kitaba çağırış” görüşü ilə başlayıb.

Layihə rəhbəri Rauf Əliyev layihənin əsas məqsədinin gəncləri mütaliyəyə təşviq edərək, bədii və elmi ədəbiyyata maraqlarını artırmaqdan ibarət olduğunu deyib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova gənclər üçün həyata keçirilən sosial layihələrin önəmindən və İcra başçısının gənclərə və gənc nəslə göstərdiyi diqqətdən söz açıb.

Layihəyə təşkilati dəstək göstərən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxışında kitabların gənclərin inkişafında özünəməxsus rolundan bəhs edərək mütaliyənin gənclərdə özünüifadənin, dünya görüşünün artırılmasına müsbət təsir göstərdiyini vurğulayıb.

Daha sonra Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin  əhəmiyyətindən və çoxşaxəli fəaliyyət istiqamətlərindən danışıb.  O   Gənclər Fondunun gənclərin fərdi layihələrlə təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Tədbirin rəsmi hissəi yekunlaşdıqdan sonra layihə rəhbəri Rauf Əliyev festival çərçivəsində keçiriləcək viktorinalar haqda gənclərə geniş məlumat verərək qaydaları izah edib.
 
Festival “Möcüzəli Ünsiyyət” (Puzzle), “Kitabını özünseç” (Dartboard), “Müəllifdən Məktub” və “Kitab lotereyası” viktorinaları ilə davam edib.

Festivalın sonunda müsabiqələrdə qalib gələn iştirakçılara dəyərli kitablar hədiyyə olunub, aktiv iştirak etmiş gənclər isə plaketlərlə təltif olunublar.

Qeyd edək ki, “Möcüzəli Ünsiyyət” Festivalı Gənclər Fondununda 7-ci qrant müsabiqəsinin qalib gələn layihədir.

Ceyhun ABASOV

 





12.02.2016    çap et  çap et