525.Az

Rauf Mirqədirovun apellyasiya şikayətinə martın 18-də baxılacaq


 

Rauf Mirqədirovun apellyasiya şikayətinə martın 18-də baxılacaq<b style="color:red"></b> Jurnalist Rauf Mirqədirovun barəsində hökmdən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı açıqlanıb.

Jurnalistin vəkili Fuad Ağayev APA-ya açıqlamasında bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.
 
Vəkil qeyd edib ki, məhkəmənin ilkin baxış iclası martın 18-i saat 15.00-a təyin edilib.  
 
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.
 





12.02.2016    çap et  çap et