525.Az
AXCP sədrinin müşavirinin məhkəməsi prosesi davam etdirilib
Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə şahid qismində Aqşin Haqverdiyev ifadə verib.
Daha sonra vəkil Yalçın İmanov şahidlərin ifadələrində olan ziddiyyətlərin araşdırılması ilə bağlı vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Y. İmanov məhkəmə prosesi ilə bağlı narazılığını ifadə edib. Hakim onun sözlərini məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və bununla bağlı Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib.
Proses fevralın 19-da davam etdiriləcək.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.
12.02.2016
çap et