525.Az

SOCAR prezidenti "Günəşli"də müşavirə keçirib


 

SOCAR prezidenti "Günəşli"də müşavirə keçirib<b style="color:red"></b> Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə səfər edib.
 

“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib.
 
Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib.

SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.
 
R. Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.
 





12.02.2016    çap et  çap et