525.Az

Çində fil 15 avtomobili əzdi - Video


 

Çində fil 15 avtomobili əzdi - <b style="color:red">Video</b>

Çində qoruqdan kənara çıxan fil turistlərlə dolu əraziyə gələrək onların park edilmiş avtomobillərini əzib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Yuannan vilayətində baş verib.

Çjusunya ləqəbli dişi fil yerli qoruqdan qaçdıqdan sonra 20 dəqiqəyə turistlərlə dolu olan yerə çatıb. Yol kənarında park edilmiş avtomobilləri görən heyvan onları əzə-əzə yoluna davam edib. Fil ümumilikdə 15 nəqliyyat vasitəsinə zərər vurub.

Bir müddət sonra acan fil yenidən qidalanmaq üçün qoruğa geri dönüb.

 





13.02.2016    çap et  çap et