525.Az

Bakı metrosunda qatarların birində nasazlıq


 

Bakı metrosunda qatarların birində nasazlıq <b style="color:red"></b> Bu gün 09:20 radələrində Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq baş verib.

"APA-Economics" xəbər verir ki, bunun nəticəsində qatarın hərəkətində təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, artıq nasazlıq aradan qaldırılıb:

"Elə bir ciddi problem yoxdur. Sadəcə 29 saylı marşrut nasaz olub, "20 yanvar" stansiyasında sərnişinləri boşaldıb və depoya gedib".
 





15.02.2016    çap et  çap et