525.Az

Kaladze İrandadır


 

Kaladze İrandadır<b style="color:red"></b>

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze İrana rəsmi səfərə gedib.

"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, səfər öncəsi o, jurnalistlərə səfər çərçivəsində İranın energetika, xarici işlər nazirləri, eyni zamanda vitse-prezidenti ilə görüşəcəyini bildirib.

K.Kaladze qeyd edib ki, səfər zamanı İrandan Gürcüstana qazın nəqli ilə bağlı məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, bu, Azərbaycan və ya Ermənistan ərazisindən həyata keçirilə bilər.

"Səfər çərçivəsində eyni zamanda qiymətlər də müzakirə olunacaq", - deyə Gürcüstanın energetika naziri əlavə edib.

 





15.02.2016    çap et  çap et