525.Az
DİN-dən ermənilərin Ağdamda mülki vətəndaşı yaralaması ilə bağlı məlumat
Daxili İşlər Nazirliyi (DİN) Ağdamda mülki vətəndaşın ermənilər tərəfindən vurulması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 15-də saat 15 radələrində Ağdam rayonunun Çıraqlı kənd sakini 15 yaşlı Coşqun Məmmədov əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.
C.Məmmədov xəstəxanaya yerləşdirilib.
16.02.2016
çap et