525.Az

Dövlət büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılacaq


 

Dövlət büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılacaq<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.
 
Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.

 





16.02.2016    çap et  çap et