525.Az

Bərdədə körpə doğuşdan beş gün sonra öldü


 

Bərdədə körpə doğuşdan beş gün sonra öldü<b style="color:red"></b> Bərdə rayonunda doğuşdan sonra körpə ölümü faktı qeydə alınıb.
 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Şatırlı kənd sakini Qasımova İlahə Ağarza qızının beş gün əvvəl Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı bu gün ölüb.
 
Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Bu gün isə körpənin meyiti onlara təqdim olunub.
 
Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia ediblər.
 





16.02.2016    çap et  çap et