525.Az
Hacı İbrahimin şirkətlərindən biri ləğv olundu
“Avesta Construction” MMC “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edilib.
Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən xəbər verilib.
Bildirilir ki, bununla da, “Avesta Konsern” MMC yenidən təşkil olunub.
Qeyd edək ki, “Avesta Konsern” MMC Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur iş adamı İbrahim İbrahimova məxsusdur.
17.02.2016
çap et