525.Az

Folklor İnstitutu Elmi Şurasının növbəti iclası


 

Folklor İnstitutu Elmi Şurasının növbəti iclası <b style="color:red"></b>

Fevralın 15-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutdan 525.az-a verilən məlumata görə, iclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk məsələ - İnstitutun “Azsaylı xalqların folkloru” elmi-tədqiqat şöbəsinin yaradılması haqqında danışan Muxtar Kazımoğlu-İmanov bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

Hələ 2012-ci ildə Folklor İnstitutunda yaradılan “Azsaylı xalqların folkloru” bölməsi Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların qeyri-maddi mədəni irsinin toplanması və tədqiqi istiqamətində uğurlu işlər görüb.

Bu bölmənin imkanları genişləndirilərək eyniadlı şöbəyə çevrilməsi təklif olunub. Elmi Şura üzvləri qaldırılan məsələnin lehinə səs veriblər.

İkinci məsələ – AMEA Folklor İnstitutunun elmi-tədqiqat şöbələrinin prioritet elmi istiqamətləri, əsas problem və mövzuları barədə məlumat verən İnsitututun elmi katibi Elçin Abbasov elmi-tədqiqat mövzularının vaxtında və səmərəli yerinə yetirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Muxtar Kazımoğlu-İmanov bu istiqamətdə şöbələrin qarşılıqlı elmi əlaqələrinin artmasını günün qaçılmaz tələbi olduğunu bildirib.

Eləcə də o, elmi tədqiqat işlərinin yerinə yetirilməsi prosesində başqa elm sahələri arasında uyğunluğun, qarşılıqlı elmi mübadilə imkanlarının araşdırılmasına və gerçəkləşdirilməsinə də diqqət çəkib.  

İnstitutun Elmi Şurasında ənənəyə çevrilmiş elmi məruzələrin dinlənilməsi bu dəfə “Arzu-Qənbər” dastanının əlyazmaları” mövzusunda olub.

Məruzəçi Afaq Xürrəmqızı mövzu ilə bağlı hərtərəfli bilgi verib, ona ünvanlanan sualları cavablandırıb.

 





17.02.2016    çap et  çap et