525.Az
“Elm haqqında” qanun layihəsi müzakirə ediləcək
Azərbaycan Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyində dəyişiklik olub.
Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə “Elm haqqında” qanun layihəsinin də ikinci oxunuşda müzakirəsi əlavə edilib.
Bununla iclasın gündəliyinə 6 məsələ salınıb.
Bundan əvvəl gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən MM sədrinin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-hüquq Şurasına üzv təyin edilməsi barədə qərar layihəsi, Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi daxil edilib.
17.02.2016
çap et