525.Az

Qadınlar üçün xüsusi gitara


 

Qadınlar üçün xüsusi gitara <b style="color:red"></b>

Tanınmış amerikalı ifaçı Enni Klark qadınlar üçün xüsusi elektrogitara hazırlayıb.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, musiqi alətinin əsas xüsusiyyəti sinənin saxladığı xüsusi konstruksiyadır.

Gitara qırmızı ağac və palisandrdan hazırlanaraq 2 rəngdə - qara və göy rənglərdə təqdim edilib. Belə ki, yeni yaranan musiqi alətinin qiyməti açıqlanmır.

Məlumat üçün bildirək ki, St. Vincent adı ilə dünyada tanınan sənətkar ilk “Marry Me” adlı albomunu 2007-ci ildə buraxıb. E.Klark indiyədək 4 albomun müəllifidir.

 





17.02.2016    çap et  çap et