525.Az

Ukrayna dünyanın ən pirat ölkəsi elan olundu


 

Ukrayna dünyanın ən pirat ölkəsi elan olundu<b style="color:red"></b>

Ukrayna müəllif hüquqları daha tez-tez pozulan ölkələr arasında lider olub.
 
İKT.lent.az-ın “gazeta.ru” saytına istinadən məlumata görə, bu barədə Beynəlxalq İntellektual Mülkiyyət Alyansının (İİPA) hesabatında deyilir.

Hesabata əsasən, Ukrayna hökuməti pirat serverlərinin bloklaşdırılması ilə lazımi səviyyədə məşğul olmur. Bu da ona gətirib çıxarır ki, qarətçilər bilərəkdən serverlərini Ukraynaya köçürürlər.
 
Alyans həmçinin bu məsələdə Çili, Çin, Hindistan, Tailand və Vyetnamdakı müsbət dinamikanı qeyd edib. Siyahıya həmçinin Rusiya da daxil edilib. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu ölkədə vəziyyət olduqca kəskin olaraq qalır.
 
Bundan öncə, İnternetdə Müəllif Hüquqlarının Müdafiəsi üzrə Assosiasiya Rusiyanın Mülki-Prosessual Məcəlləyə düzəlişlər etməyi təklif edib. Bu dəyişikliyə əsasən, hüquq sahibləri pirat resurslarınım məhkəməyə qədər bloklaşdırılmasını tələb edə bilərlər.

 





18.02.2016    çap et  çap et