525.Az

İki məktəbli itkin düşüb


 

İki məktəbli itkin düşüb<b style="color:red"></b> Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.
 
Bu barədə APA-ya itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib.
Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.
 
V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.
 
Polisdən APA-ya bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.
 





18.02.2016    çap et  çap et