525.Az

"Günəşli"dəki qəzada itkin düşən, həlak olan neftçilərin ailə üzvləri işlə təmin ediləcək


 

"Günəşli"dəki qəzada itkin düşən, həlak olan neftçilərin ailə üzvləri işlə təmin ediləcək<b style="color:red"></b> "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib.
 
"Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək", - deyə A. Bəkirli bildirib.
 





18.02.2016    çap et  çap et