525.Az

DİN-dən açıqlama


 

DİN-dən açıqlama<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Bakıda yol polisi avtomobilinin vətəndaş tərəfindən əzilməsi barədə məlumat yayıb.

APA-nın məlumatına görə, qeyd olunub ki, fevralın 17-də saat 14:00 radələrində Nərimanov rayonunun G. Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
 
Ş. Bəylərov Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





18.02.2016    çap et  çap et