525.Az

“World Press Photo” mükafatının sahibi bəlli oldu


 

“World Press Photo” mükafatının sahibi bəlli oldu<b style="color:red"></b>

“World Press Photo” müsabiqəsinin münsiflər heyəti 2015-ci ilin qalibini elan edib. Mükafata qaçqınların Serbiya və Macarıstan sərhədində çəkdiyi fotoya görə avstraliyalı fotoqraf Uoren Riçardson layiq görülüb.

AzərTAc Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, avqustun 28-də gecə vaxtı çəkilən fotoda uşaqla birgə sərhədi keçməyə cəhd edən kişi əks olunub.

Fotoqraf beş günə yaxın qaçqınlarla qaldığını bildirib. Belə ki, 200 nəfərlik qrup polisdən gizlənərək Macarıstan ərazisinə keçmək üçün ölkələri ayıran hasar boyu dolaşib, saatlarla yol axtarıblar.

Riçardson sərhədçilərin diqqətini cəlb etməmək üçün çəkiliş zamanı işıqdan istifadə etməyib.

Onun sözlərinə görə, həmin vaxt yeganə işıq mənbəyi ay olub.

 





18.02.2016    çap et  çap et