525.Az

Pamukun “Qırmızı saçlı qadın”ı yenidən nəşr edildi


 

Pamukun “Qırmızı saçlı qadın”ı yenidən nəşr edildi<b style="color:red"></b>

Dünya şöhrətli türkiyəli yazar, Nobel mükafatçısı Orhan Pamukun yeni işıq üzü görən “Qırmızı saçlı qadın” romanı satışa çıxarıldıqdan iki həftə sonra yenidən nəşr edilib.

AzərTAc Cihan xəbər agentliyinə istinadla xəbər verir ki, Avropanın bütün şəhərlərində böyük oxucu kütləsi qazanan yazıçının bu romanı iki həftə ərzində 250 min nüsxə tirajla çap olunub.

Yazıçının bundan əvvəl nəşr etdirdiyi “Beynimdə bir qəribəlik” romanı da dünyanın əksər ölkələrində geniş oxucu kütləsinin marağına səbəb olub. Bütün bunları nəzərə alan müəllif yaxın vaxtlarda Almaniyaya səfər edərək Münxen, Köln və Ştutqard kimi böyük şəhərlərdə oxucuları ilə görüşəcəyini və yazdığı romanlar ətrafında birlikdə müzakirələr aparılacağını planlaşdırır.

Qeyd edək ki, “Qırmızı saçlı qadın” romanı otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə məktəbli bir gəncin yaşadığı sarsıdıcı eşq hekayəsindən və bu eşqin onu böyük bir cinayətin arxasınca sürükləməsindən bəhs edir.

Roman gənc qəhrəmanın məhəbbət, qısqanclıq, məsuliyyət və azadlıq duyğuları ilə yanaşı, həm də nüfuz və fərd olma məsələlərini müzakirə edir.

 





19.02.2016    çap et  çap et