525.Az

Jurnalistə aşiq olmaq üçün 10 səbəb


 

Jurnalistə aşiq olmaq üçün <b style="color:red">10 səbəb</b>

Rus mətbuatına istinadən sizə jurnalist peşəsinə sahib olmağın üstünlüklərini təqdim edirik:

1. Qarşılıqlı səmimiyyətə dəyər verirlər

Jurnalistlər karyeraları boyunca bir çox hadisələrin şahidi olurlar. Qarşında jurnalist varsa, ondan sirr saxlamaq çətin olacaq. Siz jurnalistdən heç nəyi gizli saxlaya bilməyəcəksiniz. O, sizi dərhal çözəcək.

2. Geniş dünyagörünüşünə malikdirlər

Dünyanın ən müxtəlif mövzulardan məhz jurnalistlər agahdırlar. Məsələn, onlar hansısa qanunun qəbulunun nəticələrindən lazer cərrahiyyəsinə qədər bilirlər. Jurnalistlərin bir sıra aktual məsələlər üzrə öz mövqeyi olur. Sizi maarifləndirmək onların peşəsidir.
 
3. Hər zaman sözlərinə əməl edirlər

Jurnalistlər söz verdisə, bunu vaxtında yerinə yetirəcəklər. Ona görə əmin olun ki, əgər onlar sizə müəyyən tarixə nəsə vəd edibsə, mütləq edəcəklər.

4. Yaxşı plan cızırlar

Jurnalistlər adətən çox diqqətlidirlər. Sizin ad günü yaxud digər əlamətdar gününüzün tarixini heç vaxt unutmazlar. Bu peşənin sahibi hər şeyi öncədən planlaşdırmağı sevir.

5. Hər şeyi ciddi olaraq qəbul edirlər

Əgər siz məzuniyyətə getməyə hazırlaşırsınızsa, onlar qabaqcadan bütün informasiyanı tapacaq, ekspertlərlə və dünyagörmüş səyahətçilərlə məsləhətləşəcəklər. Öncədən bütün təhlükəsizlik tədbirlərinin qarşısını alacaqlar. Hətta biletləri səfərə getmədən aylar öncə sifariş edəcəklər.

6. Dördüncü hakimiyyət hesab edilən qələm əhli hər zaman xəbərin mərkəzindədir

Jurnalistlər iki həftə bundan qabaq mərkəzdə açılan yeni barın ünvanını və ora necə getməyi hər kəsdən yaxşı bilir. Yeni konsert, kino və teatr, qastrol səfərləri haqda məlumatı məhz onlardan öyrənmək olar.

7. KİV nümayəndələri dəyişikliklərdən qorxmurlar

Jurnalistin həyatı - hər zaman dəyişikliklərlə dolu olur. Onlar hər gün yeni-yeni mövzular axtarışındadırlar. Buna görə də, jurnalistlər baş verən bütü hadisələri təbii qarışlayırlar.
 
8. Jurnalist peşəsinin sahibləri çox çevikdirlər

Ağlına gələn mövzu haqda cəld redaktora məlumat verib, material hazırlayırlar. Jurnalistlər hər zaman yenilik axtarışındadırlar.

9. Hər yerdə tanışları var

Jurnalistin hər sahədə tanışı var, doğum evindən tutmuş banka qədər... Jurnalist özünü təqdim edib, işlərini növbədənkənar görər.

10. Jurnalistlər daha sürətlə inkişaf edə bilər

Onların gözəl gələcəyə şansı çoxdur. Jurnalistika karyerasını davam etdirmək fikrindən nə vaxtsa daşınsanız da, siz tezliklə baş redaktor və digər sahələr üzrə PR menecer işləyə bilərsiniz. Jurnalistikanı seçmiş dəyərli insanlar həyatda daima uğur qazanacaq.

PrimeTime.az

 





19.02.2016    çap et  çap et