525.Az

Elmira Axundovadan ittihamlara cavab: “Fərman Məmmədovun yazdıqları ağ yalandır!”


 

Elmira Axundovadan ittihamlara cavab: <b style="color:red">“Fərman Məmmədovun yazdıqları ağ yalandır!”</b>

Son vaxtlar ölkədə fəaliyyət göstərən ayrı-ayrı sosial şəbəkə və internet saytlarında Azərbaycanın nüfuzlu adamlarına, ziyalılara qarşı qarayaxma kampaniyası yenidən vüsət alıb.

Kiçik bir fürsət düşən kimi, az qala, qələmi balta, klavituranı edam kötüyü sanan bir qrup nüfuz və söz sahibi olan insanları hədəf seçərək İP yığmaq naminə ən çirkin üsullara belə əl atmaqdan çəkinmir.

Bu yaxınlarda şair Vaqif Bəhmənli, bir müddət sonra isə yazıçı, jurnalist, millət vəkili Aqli Abbasla bağlı kampaniya aparanların son hədəfi isə yazışı-publisist, xanım millət vəkili Elmira Axundovadır. Son vaxtlar Elmira Axundovaya qarşı aparılan bu kömpaniya daha da kəskinləşib.

İndiyə qədər ünvanına səsləndirilənlərə reaksiya verməyən millət vəkili özünə qarşı irəli sürülən ittihamlarla bağlı bu günlərdə “Qaynarinfo”nun müxbirinin suallarını cavablandırıb. E.Axundova həmin müsahibənin mətnini “525-ci qəzet”ə də təqdim edib. Müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Elmira xanım, bir qrup şəxs sizin deputat mandatından məhrum olunmanızla bağlı Prezidentinə müraciət edib. Həmin müraciətlə bağlı nə deyə bilərsiniz?

- Əvvəla, bu, onların cənab Prezidentə birinci müraciətləri deyil. Həmin şəxslər ən azı 6-7 dəfə belə müraciət ünvanlayıblar. Özləri də etiraf edirlər ki, onların müraciətlərinə heç bir reaksiya yoxdur. Ola da bilməz. Çünki bu cür məsələlər KİV və ya Prezident vasitəsilə həll edilmir. Biz hüquqi dövlətdə yaşayırıq, əgər bu şəxslərin mənə qarşı iddiaları varsa, onlar məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Yeri gəlmişkən, mən artıq bu cür etmişəm, şərəf və ləyaqətimin qorunması üzrə iddianı qazanmışam.

Fərman Məmmədovun məqsədinə gəldikdə isə bunu onun özündən soruşmaq lazımdır. O, bu kampaniyada əsas ilhamverici qüvvədir, qalanları isə onun çaldığı havanı oynayırlar. Mənim oğlum Fərman Məmmədova qarşı bu çirkin kampaniyaya görə Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb. Qoy Fərman Məmmədov və onun əlaltıları orada vuruşsunlar, dediklərini sübut etsinlər. KİV-ləri bu işlərə nə üçün qatırlar? Deməli, məqsəd nəyisə sübut etmək yox, ancaq bizi ləkələməkdir. Bilirsiniz, bu dəstənin hərəkətləri məntiqsizdir: əvvəl özləri mətbuatda yazırlar ki, müraciətlərinə baxan yoxdur, lakin istintaq orqanları onları çağıranda ya da biz məhkəməyə müraciət edəndə yenə sivən qopardırlar: vay, bizi ora-bura çağırırlar, bizə təzyiq edirlər. Əvvəla, heç kim onlara təzyiq etmir, əksinə, onlar məhkəməyə və istintaqın gedişatına mane olurlar. Bu işi aparan müstəntiqlər barədə hər yerə şikayətlər yazırlar. Fərman Məmmədovun istəyi odur ki, istintaq faktlara və şahidlərə yox, onun dediyinə arxalansın.

Mən uzun müddət Fərman Məmmədova və onun “dostlarına” cavab vermək istəmirdim. Əvvəla, mənim oğlum bir neçə dəfə KİV-də bununla əlaqədar çıxış etmişdi, onların səviyyəsinə enmək və eyni məsələni on dəfə çeynəmək nəyə lazımdır? Məsələ orasındadır ki, Fərman Məmmədovun ailəsi mətbuatda apardıqları bir sıra hay-küylü kampaniyalar, həmçinin əfqan döyüşçüləri ilə məhkəmə çəkişmələri üzrə məşhurdur. Buna görə də mən onların əsassız məktub və ərizələrinə cavab verməmək qərarına gəlmişdim. Amma bir sıra tanınmış qəzetlər Fərman Məmmədovun dəstəsini aktiv şəkildə təbliğ edirlər, siz də onlara istinadən dəfələrlə Fərmangilin müxtəlif qurumlara olan eyni xarakterli müraciətlərini dərc etmisiniz. Buna görə saytınız onların ittihamlarını şərh etməyimi istəyəndə mən razılaşdım. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

- Ümumiyyətlə, son zamanlar sizin və oğlunuz barəsində mətbuatda yayılan məlumatlarla bağlı nə deyə bilərsiniz? Burada məqsəd nədir?

- Əvvəla deyim ki, Fərman Məmmədovdan başqa, mənə qarşı şikayətçi olan şəxslərdən heç birini heç vaxt görməmişəm, onları ümumiyyətlə, tanımıram. Heç bir vəsaiti onlardan götürməmişəm. Ziya Vəliyev, Elnur Vəliyev, Sabir Ağayev və başqaları pullarını Elnur İbrahimova veriblər. Bu, onların Bakı şəhər Baş Polis İdarəsinə verdikləri izahatlarda da öz əksini tapıb. Onlar ərizələrində qeyd ediblər ki, Həbib Axundova qarşı onların heç bir iddiaları yoxdur. Heç kəs onlara təzyiq də etməyib, bu insanlar Elnur İbrahimovu tapmaq və axtarış elan etməklə bağlı özləri Bakı şəhər Baş Polis İdarəsinə müraciət ediblər və bunları öz ərizələrində qeyd ediblər. Amma bu hadisədən iki il yarım keçdikdən sonra onlar nədənsə öz müraciətlərində iddia etməyə başladılar ki, pulları şəxsən mənim oğluma, hətta mənim özümə veriblər. Belə də yalan olar?!

Bizdə və eyni zamanda hüquq mühafizə orqanlarda ciddi sübutlar var ki, bu insanları ətrafına toplayaraq mənə və oğluma qarşı müxtəlif ərizələr yazmağa razı salan, məhz Fərman Məmmədovdur. Fərman onları müxtəlif şirnikləndirici vədlər və maddi ödəmələrlə yanında saxlayır. Adama elə gəlir ki, dərc olunan sonuncu müraciətin altında çox insanın adı və imzası var, amma diqqətlə baxanda görürsən ki, onlar hamısı Ziya Vəliyev, Elvin Vəliyev və Sabir Ağayevin qohum-əqrəbasıdır. Nə mən, nə də oğlum onları tanımırıq və üzlərin də görməmişik.

Fərman öz çirkin kampaniyasında hər vasitədən istifadə edir, məsələn, o, öz müraciətlərində bəzi şəxslərin imzalarını saxtalaşdırır, onları aldadır. Onlardan biri Şahin Məhərrəmov artıq bununla bağlı Prezidentə müraciət edib. Biz də artıq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik və ümid edirik ki, onlar Fərmanın əməllərinə hüquqi qiymət verəcəklər.

Düzünü desəm, mənim Fərman Məmmədova hərdən yazığım gəlir. Bu adam artıq 50 yaşını keçib, amma heç bir yerdə işləmir, indiyə qədər ailə qurmayıb. O, bir vaxtlar əfqan-döyüşçülərinə, indi isə təkcə onun özünə məxsus olan əmlakın icarəsindən gələn pul hesabına yaşayır. Bunlar böyük pullardır, hələ 10 il əvvəl özü mənə deyirdi ki, “İtal Dizayn” şirkətindən 13 min dollar aylıq icarə haqqı alır. Bəlkə bu məbləğ indi daha çoxdur, əks halda o, on minlərlə manatı havaya səpələməzdi. Nərimanov heykəlinin arxasında prestij “novostroykada” təmtəraqlı mənzili var (əfqan veteranlarından çəkindiyi üçün bütün mülkünü, mənzillərini bacısı Zeynəbin adına keçirib). Buna baxmayaraq, Fərman bacısıyla “20-ci sahə deyilən” kasıb məhəllədə yaşayırlar, yəni, baxın, biz də kasıbıq (məgər kasıb hər il İsveçrəyə gedər və aylarla orada yaşayar?).

Öz şəxsi həyatını qurmaq, firavan yaşamaq əvəzinə Fərman xüsusi qərargah yaradıb, ofis icarəyə götürüb, öz cibindən dörd nəfər üçün bir neçə vəkil tutub, KİV-lərə küllü miqdarda pul səpələyir və müxtəlif orqanlara mənimlə bağlı şikayət və böhtan yazmaqla məşğuldur. Onlar əvvəlcə cənab Prezidentə, MSK-ya, Dairə Seçki Komissiyasına müraciət etdilər ki, deputat seçilməyim, indi isə tələb edirlər ki, mandatım ləğv edilsin. Ən gülməli isə odur ki, onlar cənab Prezidentə olan müraciətləri çoxaldaraq deputat həmkarlarıma, yazıçılara, ictimai xadimlərə və s. göndərirlər. Hətta mənim özümə məndən şikayət yazırlar .

Təsəvvür edin, Fərmanın mənəvi prinsipləri nə qədər korlanıb ki, 2013-cü ildə mənimlə etdiyi telefon danışıqlarını diktofona yazıb. Mənə zəng edirdi, mənə “böyük bacı” və “ağsaqqall” deyirdi, eyni anda da bizim danışığımızı diktofona yazırmış. İndi isə bu səs yazılarını mənim deputat həmkarlarıma göndərir, halbuki, səs yazısı onun öz əleyhinədir. Məsələn, bu danışıqlar zamanı mən dəfələrlə ondan soruşmuşam: “Fərman, sən məni özünün böyük bacın adlandırdığın halda, nə üçün bu qədər böyük pulları verəndə məsləhətləşmədin? Məgər sən kimə və nə qədər pul verdiyin barədə mənə məlumat verirdin? Məgər sən və ya bacın Zeynəb Elnurdan böyük faizlər alanda mənə zəng edib bu barədə demişdiniz? Siz mənə iş çökəndə və aldadıldığınızı hesab edəndə zəng etdiniz”. O isə mənə dəfələrlə cavab vermişdi: “Məgər mənim sizə hər hansı iddiam var? Mənim sizə qarşı heç bir iddiam yoxdur”.

Nə üçün Fərmanın iddiası həmin hadisədən iki il yarım sonra əmələ gəldi? Bəlkə, indi onu kimsə məcbur edir ki, mənim adımı ləkələsin? Bəlkə kimsə ona təsir edir? Qoy etiraf etsin.

Fərmanla mən uzun illər duz-çörək kəsmişəm, o yüz dəfələrlə evimizdə olub, mərhum həyat yoldaşımı “əmi” adlandırıb. Təsəvvür edirsiz, həyat yoldaşımın vəfatından sonra o, qırx gün gözləyə bilmədi. Onun vəfatından cəmi 2 həftə sonra Fərman növbəti dəfə bütün deputatlara məktubu göndərdi və məni daha ağır cinayətlərdə ittiham elədi.

İndi keçək hüquqi tərəfə. Həmin şəxslər öz qanunsuz tələblərinə nail olmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmirlər: şəxsi fotoşəkillərimi müxtəlif qəzet və saytlarda müxtəlif başlıqlar altında yerləşdirərək məni təhqir edirlər, məni və oğlumu izləyirlər, gizli üsulla fotoşəkillərimizi çəkirlər, qeyri-qanuni yolla yazdıqları telefon danışıqlarımızı diskə yazırlar, sonradan montaj edərək şantaj aləti kimi onlardan istifadə edirlər, mənim Konstitusiyada və digər qanunlarda təsbit edilmiş hüquqlarımı kobud surətdə pozurlar. Konstitusiyanın əsas insan və vətəndaş hüquqları və azadlıqlarına dair 3-cü fəsilinin Şəxsi toxunulmazlıq hüququna aid 32-ci maddəsində təsbit edilib ki:

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatını qanunsuz müdaxilələrdən müdafiə etmək hüququ vardır.

III. Öz razılıqı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Bundan əlavə, “Milli Məclisi deputatının statusu haqqında” qanunun 12-ci maddəsinə əsasən deputatların toxunlmazlıqı onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.

Göründüyü kimi, Fərman və onun dəstəsi qanuna zidd, antikonstitusion əməlləri edir. İndi sizdən soruşuram: kimin hüquqları pozulur, Fərmanın, ya mənim?

Hazırda bunlar taktikanı dəyişiblər. Əgər birinci şikayətlərdə Fərman oğlum barədə yazırdısa, 11 yanvar 2016-cı il tarixində Prezidentə və deputatlara ünvanladığı şikayətdə o və onun “dostları” yazırlar ki, mən, parlamentin deputatı maliyyə piramidasının təşkilatçısıyam. Guya ki, mən əvvəlcədən bu işi qurmuşam və onların pulunu mənimsəmişəm. Daha sonra Elnur İbrahimovun ölkədən qaçmasını təşkil etmişəm. İndi isə istintaqa təsir edirəm və Elnur İbrahimovun beynəlxalq axtarışa verilməsinə mane oluram (yeri gəlmişkən, Elnur İbrahimov artıq çoxdan beynəlxalq axtarışdadır, bununla bağlı bizdə kağız var və onun şəkli polis bölməsinin qarşısında asılıb).

Siz bu cəfəngiyatı təsəvvür edirsiz? Hətta əgər bu iddiaların yarısı belə doğrudursa, onda məni həbsə almaq lazımdır, yaxud da mənim barəmdə bu cür cəfəngiyat və açıq yalanı yayan şəxsləri. Ona görə mən də hüquq mühafizə orqanlarına müraciət edirəm: bu dəstənin əməllərinə hüquqi qiymət verilsin, mənəvi terrora və açıq reketçiliyə son qoyulsun, “Milli Məclisi deputatının statusu haqqında” qanunun 12-ci maddəsinə əsasən hüquqlarım qorunsun!

Təəssüf ki, mətbuat bütün bu detallara diqqət yetirmək istəmir. Fərman və onun “dostlarından” kimsə soruşmur: uşaqlar, bəlkə bəsdir? Bəlkə, eyni şeyləri dəfələrlə yazmağı dayandırıb məhkəməyə müraciət etməyin vaxtıdır? Amma heç kim bunu demir, çünki bu cür qalmaqallar mətbuata lazımdır. Yeri gəlmişkən, Fərmanı müdafiə edən qəzet və saytlar mənim və oğlumun xeyrinə olan yazıları dərc etməkdən imtina ediblər. Ya da sadəcə, elektron saytlarında cavabımızı yerləşdiriblər və sonra tez siliblər. Fərmanın yazıları isə günlərlə ön planda durur, qəzet səhifəsində ən önəmli yerdə yerləşdirilir. İndi siz mənə desəniz ki, bu qəzet və saytlar Fərmanın müraciətlərini pulsuz-parasız çap edirlər, mən sizə inanmaram. Tanış jurnalistlər mənə deyiblər ki, bir populyar qəzetə Fərman 5 mindən on minədək pul ödəyir. Hər dəfə!

Əbəsdir! Qoy fərmanlar, ziyalar, elvinlər birdəfəlik bilsinlər: mən onların dərc etdiklərinə fikir vermirəm, onların daha nələr uyduracaqları mənim üçün tamamilə əhəmiyyətsizdir. Buna görə də hər dəfə mətbuatda onlara cavab vermirəm. Bu bədbəxt insanlar başa düşmürlər ki, qadına qarşı, cəmiyyətdə hörməti olan şəxsə qarşı bu cür yazılarla onlar əslində özlərini biabır edirlər.

Mənə heç bir ləkə yapışmayacaq, çünki məni və mənim Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərimi hamı yaxşı xatırlayır. Mən erməni terroru haqqında məqalə və kitablar yazanda, Zori Balayanla mübarizə aparanda (buna görə prezident məni 49 yaşımda “Şöhrət” ordeni ilə təltif etdi), siyasi romanlar, həmçinin ümummilli lider barədə 6 cildlik bioqrafik romanlar yazanda Fərman Məmmədov ona məxsus olmayan mülklərin özəlləşdirilməsi ilə məşğul idi. Siz keçmiş əfqan döyüşçülərinin Ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanladıqları müraciəti oxuyun! Müraciət bir neçə gün əvvəl müxtəlif saytlarda yer aldı. Orada hər şey dəqiqliklə deyilir. Buna görə də sifarişli məqalələr təşkil etməzdən, məni nədəsə ittiham etməzdən əvvəl qoy Fərman bəzi suallara cavab versin: onun özündə bu qədər mülk hardandı, nə üçün “Ədalət” Birliyinə məxsus maşınlar birdən-birə onun mülkiyyəti oldu, Zərifə Əliyeva küçəsində yerləşən və ən brend brilyantların satıldığı mağazanı saxlamaq üçün onun bu qədər pulu hardandır? Və onun arxasında kim dayanıb? Kim bu kampaniyanı təşkil edib?

Bir dəfə gedin keçmiş Prezident Ayaz Mütəllibovdan soruşun: “O, 1991-ci ildə necə və hansı şəraitdə daş karxanalarını, ofisləri, maşınları, torpaq sahələrini “Ədalət” ictimai birliyinə verdi? Və nə üçün bütün bunlar 1999-cu ildə Fərman Məmmədovun şəxsi mülkiyyətinə çevrildi?”

Əgər Fərman belə ədalətlidirsə, nə üçün hər ay icarədən əldə etdiyi 20 min dollardan imkansız əfqan veteranlarına pul ayırmaq əvəzinə, şikayət və böhtan yazmaqla məşğuldur? Mən onun haqqında çox şey bilirəm: kimin vasitəsilə iş qurur, hansı qüvvələrlə xaricdə (məsələn, Rusiyada) dostluq edir, hansı qeyri-qanuni üsullarla mənim haqqımda məlumatlar yığır və s. Sadəcə, onun səviyyəsində deyiləm ki, bu xoşagəlməz məlumatları ictimailəşdirim. Amma lazım gəlsə məhkəmədə təqdim edə bilərəm.

Və nəhayət, əsas məsələ odur ki, mənim oğlum bu iş üzrə zərərçəkən qismində tanınıb, Ziya, Elvin, Sabir və başqaları eynilə. Zərərçəkən zərərçəkəndən necə pul tələb edə bilər?! İkincisi, oğlumun təşəbbüsü ilə Bakı şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, yenə vurğulayıram, oğlumun təşəbbüsü ilə, Fərmanın yox! Mənim oğlum polisə gedib şikayət yazmağı Fərmana təklif edəndə o, bərk qorxmuşdu. Xahiş edirdi ki, onun və dostu Nazirin adı heç bir yerdə çəkilməsin. Mirzəyev Nazir İsat oğlu AZİ-də dərs deyir. Fərman qorxurdu ki, istintaqın bu “yazıq” müəllimə qarşı sualları ortaya çıxacaq ki, 300 və ya 400 min pulu o, hardan əldə edib. İndiyə qədər yalnız Fərman hüquq-mühafizə orqanlarına ərizə verməyib, o, zərərçəkən kimi tanınmasını istəmir.

Mənim əmlakıma, mənzil və ofisimə gəldikdə isə əmin ola bilərsiniz: hamısı qanuni yolla əldə edilib, hamısının sənədi var. Lazım gəlsə, mən bunu məhkəmədə və ya istintaqda sübut edə bilərəm. Fərman və əlaltıları kimdir ki, onlara hesabat verəm?

Mən heç bir zaman bizneslə məşğul olmamışam, heç VÖEN-im də yoxdur. Lakin həmişə öz məqalələrimə görə böyük qonorarlar almışam, deputat olana qədər uğurlu bir jurnalın baş redaktoru olmuşam, məvəffəqiyyətlə reklamla məşğul olmuşam. Hazırda kitablarım ölkəmizdə və xaricdə uğurla satılır. Oğlum artıq 12 ildir ki, sahibkarlıqla məşğuldur, onun güclü şərikləri var ki, layihələrinə öz vəsaitlərini qoyurlar. Buna görə başqa adamın pullarına ehtiyacımız yoxdur. Oğlumun rəhbərlik etdiyi firma hər ay dövlət büdcəsinə on minlərlə manat vergi ödəyir, orada yüzlərlə insan çalışır, hansılar üçün ki, iş yerləri yaradılıb və yeni iş yerləri yaradılmaqdadır. Oğlumu tanıyanlardan soruşun, onlar dediklərimi təsdiq edərlər. Bəs Fərman Məmmədov kimə yardım edib? O öz əfqan həmkarlarından kiməsə yardım edibmi, çətin anlarında dəstək olubmu? Əfqan döyüşçülərinin məktubuna baxsaq, yox, əksinə Fərman qanunsuz yolla onların əmlakını mənimsəyib və heç bir yerdə işləmədiyi halda vicdanlı insanlara qarşı qara piar kampaniyasına külli miqdarda pul xərcləyir.

Ona görə mən bu şəxslərə məsləhət görürəm: mətbuatda şikayət yazmaqdan əl çəkin, deputatlara məktublar göndərməyi dayandırın, artıq onlar sizə gülürlər. Hər hansı sübutunuz varsa, məhkəməyə gedin. Əks halda, mənə və ailəmə qarşı bu çirkli və yalan kampaniya davam edərsə, mən sizi məhkəməyə vermək məcburiyyətində qalacağam. Və iş “şərəf və ləyaqətin” qorunması ilə bağlı olmayacaq. Maddələr cinayət xarakterli olacaq. Həmin şəxslər buna tam şəkildə

 





19.02.2016    çap et  çap et