525.Az

SOCAR-ın Tullantı Mərkəzi sentyabrda işə başlayacaq


 

SOCAR-ın Tullantı Mərkəzi sentyabrda işə başlayacaq<b style="color:red"></b>

SOCAR-ın Tullantı Mərkəzi tam qüvvə ilə bu ilin sentyabrında işə başlayacaq.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın BP şirkəti ilə birgə layihəsi çərçivəsində "Tullantı Mərkəzinin genişləndirilməsi layihəsi" çərçivəsində işlərin gedişi ilə tanışlıq üçün Tullantı Mərkəzinin tikinti ərazisində olub.

Tikintiyə baxış keçirilib, məlumat verilib ki, layihə çərçivəsində mərkəzin ərazisi genişləndirilib, müxtəlif növ istehsalat tullantılarının qəbulu və saxlanılması üçün müvafiq şərait yaradılıb. Həmçinin, qurğuların mərkəzdə quraşdırılması məqsədilə beton özüllər artıq inşa edilib.

Mərkəzin ərazisində "Econ İndustries GmbH" şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq bu şirkətin "VacuDry" qazma şlamı emal edən iki ədəd qurğusunun quraşdırılması prosesi başlanıb.
 
Müəssisənin tam qüvvə ilə işə başlaması bu ilin sentyabr ayına planlaşdırılır.

SAMİRƏ

 





19.02.2016    çap et  çap et