525.Az
Ombudsmanın hesabatı Milli Məclisdə müzakirəyə çıxarılacaq
İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) 2015-ci il üzrə illik hesabatının Milli Məclisdə (MM) müzakirəyə çıxarılacağı gün məlum olub.
MM-dən APA-ya verilən məlumata görə, ombudsman Elmira Süleymanova martın 4-də deputatlar qarşısında illik hesabatını təqdim edəcək.
Hesabat yazılı şəkildə gələn həftə Milli Məclisə daxil olacaq və deputatlara paylanacaq.
19.02.2016
çap et