525.Az

Kəpəz Rayon Polis İdarəsində yeni rəis


 

Kəpəz Rayon Polis İdarəsində yeni rəis<b style="color:red"></b> Gəncənin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
 
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə polkovnik-leytenant Azər Abbasəli oğlu Tağıyev təyinat alıb.
 
Qeyd edək ki, A. Tağıyev bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Ötən gün yeni rəis kollektivə təqdim edilib.

Kəpəz Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik Ağahüseyn Məmmədov bir müddət əvvəl təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.
 





20.02.2016    çap et  çap et