525.Az

Kino rəssamı Fikrət Ələkbərovun 70 illiyi qeyd edildi


 

Kino rəssamı Fikrət Ələkbərovun 70 illiyi qeyd edildi<b style="color:red"></b>

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar rəssam Fikrət Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək tanınmış kinorəssamın Azərbaycan kino mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Həmçinin, rəssamın keçdiyi məhsuldar yaradıcılıq yolundan bəhs edib.

Qeyd edilib ki, F.Ələkbərov 1974-cü ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında rəssam assistenti qismində “Tütək səsi”, 3 seriyalı “Abşeron” bədii filmlərində, 1976-cı ildən isə dekor rəssamı kimi “Dərviş Parisi partladır”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Od içində vahə”, “Yol əhvalatı”, “Papaq”, “Qara gölün cəngavərləri”, “Köhnə bərə”, “Özgə həyat” və s. filmlərdə özünü yüksək bədii zövqə malik bir rəssam kimi göstərib.

Vurğulanıb ki, 1988-ci ildən quruluşçu rəssam kimi çalışdığı “Gənc qadın üçün kişi”, “Girişmə-öldürər”, “Niyyət”, “Əlavə təsir”, “Dərs” və digər bədii filmlər onun yaradıcılıq potensialını nümayiş etdirir.

Sonda “Mozalan” satirik kinojurnalının 100-dən artıq süjetinin bədii tərtibatını vermiş yubilyara yeni-yeni uğurlar arzulanıb.

 





20.02.2016    çap et  çap et