525.Az

Kamran Nəzirlinin “Dördüncü möhür”ü


 

Kamran Nəzirlinin “Dördüncü möhür”ü<b style="color:red"></b>

Bu yaxınlarda Kamran Nəzirlinin “Dördüncü möhür” romanı işıq üzü görüb.

Qeyd edək ki, Kamran Nəzirli həmçinin ingilis və Amerika ədəbiyyatının C. London, O. Uayld, E. Heminquey, C. Qolsuorsi, H. Melvil, M. Mitçel və sair kimi görkəmli nümayəndələrinin əsərlərini ingiliscədən dilimizə çevirən tanınmış tərcüməçidir. “Dördüncü möhür” onun ilk romanıdır.

Romanda Qarabağ müharibəsinin fəsadları, fəlsəfi-psixoloji məzmunu və tarixi gerçəklikləri göstərilir. Əsərin qəhrəmanı yazıçının müharibə və onun nəticələrindən xilas yolu ideyalarını əks etdirir.

Əsər müharibələr, etnik münaqişələr, qaçqınlıq və xəstəliklərin insan psixologiyasına təsiri, bunların yaratdığı psixi pozuntulara işıq tutur. Romanın qəhrəmanı məhz bu məsələlərin həlli üçün mübarizə aparır. Əsərdə tarixi faktlardan və sənədlərdən istifadə olunub.

Əlavə edək ki, K. Nəzirli ədəbi yaradıcılığa 80-ci illərdən başlayıb. Pyes və hekayələr müəllifi olan yazıçının bundan öncə “Sevgi nağılı”, “Doğmalar arasında”, “The old baby”, “Şeytan işığı”, “Komada olan adam”, “Miras” kimi kitabları nəşr olunub.

M.ŞÜKÜRLÜ

 





20.02.2016    çap et  çap et