525.Az

Bakıda narkoman polis idarəsində öldü


 

Bakıda narkoman polis idarəsində öldü<b style="color:red"></b>

 Bakıda polis tərəfindən saxlanan narkoman dünyasını dəyişib.

 Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan bildirilib.
 
Hadisə yanvarın 28-də qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək Yasamal rayon Polis İdarəsi tərəfindən saxlanılan 1968-ci il təvəllüdlü Rəhimov İmamyar Ümidvar oğlu vəziyyəti pisləşdiyi üçün Klinik Tibbi Mərkəzə aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, mərhumun ölümünə qəbul etdiyi yüksək dozalı narkotik vasitə səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır.

 





30.01.2013    çap et  çap et