525.Az

"Yeni Üfüq" Xocalı qurbanlarını andı - Foto


 

"Yeni Üfüq" Xocalı qurbanlarını andı - <b style="color:red">Foto</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq şəhidlərin ruhuna dualar oxunub.

“Yenu Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri  Sevinc Əzimbəyli bildirib ki, Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım aktıdır.

Onun sözlərinə görə, 1992-ci ilin 26 fevralında baş verən bu soqyırım zamanı qocalar, qadınlar, uşaqlar düşmən gülləsi ilə şəhid olublar, sağ qalanlarıb bir qismi isə soyuqdan donaraq həyatlarını itiriblər:

“Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Lakin bu gün elə vətəndaşlarımız var ki, Xocalıya, orada şəhid olanlara laqeyd yanaşır, hətta bu soyıqırımı inkar edir. Belə insanlara dövlətimizin və millətimizin varlığı adına imkan vermənəliyik ki, Azərbaycana qarşı bu cür çirkin niyyətlərini həyata keçirsinlər.

Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bu gün borcumuz isə Qarabağın azadlığı yolunda birgə mübarizə aparmaqdır”.

Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açılıb.

 





22.02.2016    çap et  çap et