525.Az

Məşhur "Koç" Holdinqin yeni rəhbəri məlum oldu


 

Məşhur "Koç" Holdinqin yeni rəhbəri məlum oldu<b style="color:red"></b>

Türkiyənin dünyaca məhşur "Koç" Holdinq şirkəti İdarə Heyətinə yeni sədr olaraq Ömər Mehmet Koç seçilib.

Modern. az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Holdinqə yeni seçilən sədr Ömər Mehmet Koç şirkətin əvvəlki mərhum başçısı Mustafa Koçun vaxtsız ölümündən çox üzüldüyünü bildirib:

"Türkiyənin iqtisadi və sosial sahələrdə inkişafında əhəmiyyətli paya sahib olan, beynəlxaq arenada ölkəmizi uğurla təmsil edən bir cəmiyyətə və ailəyə mənsub olmaqdan qürur duyuram. Mustafa Koçun vaxtsız vəfatından kədərlənir və ona Allahdan bir daha rəhmət diləyirəm. Onun bizlərə əmanət etdiyi bayrağı irəliyə aparmağı həm məsuliyyət, həm də vəzifə olaraq görürəm".

Türkiyənin tanınmış iş adamı, "Koç" Holdinqin İdarə Heyətinin sədri Mustafa Koç yanvarın 21-də infarktdan vəfat edib.

Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısında 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır.

Qeyd edək ki, "Koç" Holdinq Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koça təhvil verərək, özü fəxri sədr olub.

 





22.02.2016    çap et  çap et