525.Az

Nazirliyin rayon şöbəsinə silahlı basqın


 

Nazirliyin rayon şöbəsinə silahlı basqın<b style="color:red"></b>

Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə silahlı basqın olub.

“Report”un xəbərinə görə, mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

 





22.02.2016    çap et  çap et