525.Az
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində problem
Bu gün səhər saat 08:00 radələrində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında problem yaranıb.
Bu barədə “APA-Economics”ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, buna səbəb elektrik enerjisi təchizatında yaranan problem səbəb olub:
"Qatarların hərəkətində problem Xırdalanda yaranıb və bu da təbii olaraq digər yerlərdə də olan qatarların dayanmasına səbəb olub".
Problemin aradan qaldırılmasına 1 saata yaxın vaxt sərf olunub ki, nəticədə qatarların hərəkətində bir o qədər gecikmə olub.
Son məlumatlara əsasən, 09:30 radələrində Sumqayıtdan gələn qatar Bakıda stansiyaya qəbul olunub.
23.02.2016
çap et